Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
- 14 iyul, 2022
- 06:29
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,24 % artaraq 114,18 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 99,57 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
05:02
Lerik rayonunda zəlzələ baş verib
Hadisə04:57
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
Region04:41
NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
Digər ölkələr04:27
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub
Digər ölkələr03:53
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
Digər ölkələr03:29
NYP: FIFA dünya çempionatının hüquqlarının bir hissəsini satmaq ideyasından imtina edib
Futbol02:45
CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:23
Tramp prezidentlik müddətinin sonunadək Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçə biləcəyini deyib
Digər ölkələr01:48