Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb Azərbaycan neftinin qiyməti 41 dolları keçib
Energetika
145
12 Mart , 2016 11:23
Azərbaycan nefti bahalaşıb

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,82 dollar, yaxud 2,04% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,06 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi