Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşıb
Energetika
- 29 mart, 2022
- 06:06
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,59 ABŞ dolları, yaxud 5,32 % azalaraq 117,28 ABŞ dollarına düşüb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 108,08 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
07:07
NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Digər ölkələr07:07
DÇ-2026: İsveç - Tunislə matçında ikinci hissə başlayıb - YENİLƏNİR-5
Futbol06:49
Tramp: ABŞ regionun gəlirlərinin 20 %-i müqabilində Yaxın Şərqin keşikçisi ola bilər
Digər ölkələr06:42
Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"
Futbol06:36
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
Futbol06:18
Quterreş ABŞ və İran arasında sülh sazişini alqışlayıb
Digər ölkələr06:16
Fildişi Sahili - Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb
Futbol05:44
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
Digər ölkələr05:28