Azərbaycan nefti 7 dollar ucuzlaşıb

Azərbaycan nefti 7 dollar ucuzlaşıb
Energetika
354
7 Mart , 2020 12:04
Azərbaycan nefti 7 dollar ucuzlaşıb
google.az

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 6,72 ABŞ dolları, yaxud 12,47% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 47,16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.