Azərbaycan nefti 5% ucuzlaşıb

Azərbaycan nefti 5% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 48,85 dollar/barelə enib
Energetika
1 Noyabr , 2016 09:35
Azərbaycan nefti 5% ucuzlaşıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,38 dollar və yaxud 4,65% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,85 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi