​Azərbaycan nefti 4%-ə qədər ucuzlaşıb

​Azərbaycan nefti 4%-ə qədər ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 32,81 dollara düşüb
Energetika
12 Yanvar , 2016 09:20
​Azərbaycan nefti 4%-ə qədər ucuzlaşıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,19 dollar yaxud 3,5% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 32,81 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi