Azərbaycan nefti 3 dollar ucuzlaşıb

Azərbaycan nefti 3 dollar ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 53,07 dollar/barelə düşüb
Energetika
10 Mart , 2017 09:40
Azərbaycan nefti 3 dollar ucuzlaşıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,04 dollar və yaxud 5,42% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,07 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi