Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 48,48 dollar/barelə bərabər olub
Energetika
6 iyul 2017 05:28
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,68 dollar və yaxud 3,35% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 48,48 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Orphus sistemi