​Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

​Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb "Azeri LT CIF" markalı xam neftin qiyməti 51 dollardan aşağı enib
Energetika
11 İyun , 2016 11:35
​Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,23 dollar və yaxud 2,36% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,97 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi