Azərbaycan nefti 2%-dən çox bahalaşıb

Azərbaycan nefti 2%-dən çox bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 53,67 dollar/barelə bərabər olub
Energetika
29 İyul , 2017 09:56
Azərbaycan nefti 2%-dən çox bahalaşıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 2,21% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 53,67 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi