Azərbaycan nefti 1%-ə qədər ucuzlaşıb

Azərbaycan nefti 1%-ə qədər ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 52,30 dollar/barelə enib
Energetika
31 May , 2017 09:32
Azərbaycan nefti 1%-ə qədər ucuzlaşıb

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,41 dollar və yaxud 0,78% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 52,30 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi