Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 55,4 dollar/barelə çatıb
Energetika
12 Yanvar , 2017 09:37
Azərbaycan nefti bahalaşıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar yaxud 1,28% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,38 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi