​Azərbaycan nefti 1% bahalaşıb

​Azərbaycan nefti 1% bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45 dollara çatıb
Energetika
21 Aprel , 2016 08:26
​Azərbaycan nefti 1% bahalaşıb

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,48 dollar yaxud 1,08% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,91 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.