Azərbaycan nefti 0,5% ucuzlaşıb

Azərbaycan nefti 0,5% ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 49,23 dollar/barelə enib
Energetika
13 Sentyabr , 2016 11:39
Azərbaycan nefti 0,5% ucuzlaşıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,24 dollar və yaxud 0,49% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,23 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Son xəbərlər

Orphus sistemi