Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 54,65 dollar/barelə düşüb
Energetika
16 Dekabr , 2016 09:39
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,52 dollar və yaxud 2,71% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,65 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi