Azərbaycan neft ixracını 36 % azaldıb

Energetika
  • 15 fevral, 2023
  • 08:38
Azərbaycan neft ixracını 36 % azaldıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 milyon 246 min 118,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 397 milyon 747,32 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,9 %, dəyəri isə 31,2 % azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 74,47 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti