Azərbaycan nefti bahalaşmağa başlayıb

Azərbaycan nefti bahalaşmağa başlayıb "Azeri LT CIF" markalı neftin qiyməti 52,82 dollar/barelə çatıb
Energetika
16 Mart , 2017 09:41
Azərbaycan nefti bahalaşmağa başlayıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,24 dollar və yaxud 2,40% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,82 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi