Azərbaycan metanol ixracını bir ildə 76% artırıb

Azərbaycan metanol ixracını bir ildə 76% artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 63,5 mln ABŞ dolları dəyərində metanol ixrac edilib.
Energetika
28 Dekabr , 2019 13:36
Azərbaycan metanol ixracını bir ildə 76% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 63,5 mln ABŞ dolları dəyərində metanol ixrac edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 mln dollar və ya 75,9% çoxdur.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda həyata keçirilir.

Metanol zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

SOCAR-ın məlumatına görə, bu ilin 11 ayında şirkətin ixrac etdiyi məhsullar sırasında metanolun ixrac payı 21%-dən yuxarıdır. “SOCAR Methanol” zavodu istehsal olunan məhsulun 95%-ni ixraca yönəldir.

Son xəbərlər

Orphus sistemi