Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 5 milyard 680,7 milyon kubmetr qaz ixrac edib.
Energetika
28 Avqust , 2024 17:42
Azərbaycan iyunda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 5 milyard 680,7 milyon kubmetr qaz ixrac edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 6,3 % çoxdur.

Bu ilin iyun ayında isə Azərbaycan Türkiyəyə 996,95 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 34,06 % çoxdur.

Beləliklə, Azərbaycan iyunda Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Qeyd olunan dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 43,07 %-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, iyun ayında Türkiyəyə 2 milyard 314,93 milyon kubmetr [azalma 0,75 %] qaz idxal edilib. 1 milyard 950,83 milyon kubmetr (bütün tədarükün 84,27 %-i, artım 4,3 %) boru kəməri qazının, 364,1 milyon kubmetr (bütün tədarükün 15,73 %-i, azalma 21,2 %) mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.

İyunda Türkiyəyə 4 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə, ABŞ, Əlcəzair - mayeləşdirilmiş təbii qaz) qaz nəql olunub.

Son xəbərlər

Orphus sistemi