Azərbaycan İtaliyaya neft ixracını 23 % azaldıb
- 21 iyul, 2022
- 10:43
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 5 milyon 081 min 468,34 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 606 milyon 011,28 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 % az, dəyəri isə 30,8 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 39,3 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 915 min 622,66 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 361 milyon 250,13 min ABŞ dolları təşkil edib.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.