Azərbaycan İsrailə neft satışını təxminən 5 % artırıb

Energetika
  • 17 noyabr, 2023
  • 13:01
Azərbaycan İsrailə neft satışını təxminən 5 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İsrailə 2 milyon 154 min 667,42 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 320 milyon 085,61 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə 4,57 % artıb, dəyəri isə 12,15 % azalıb.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 9,68 % olub.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,30 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti