Azərbaycan İsrailə neft satışını təxminən 4 %-dən çox artırıb

Energetika
  • 19 dekabr, 2023
  • 08:58
Azərbaycan İsrailə neft satışını təxminən 4 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İsrailə 2 milyon 244 min 613,64 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 379 milyon 801,81 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,37 % çox, dəyəri isə 11,94 % azdır.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 9,27 % olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti