Azərbaycan İsrailə neft satışından qazancını 7 % artırıb

Energetika
  • 19 may, 2023
  • 14:13
Azərbaycan İsrailə neft satışından qazancını 7 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İsrailə 801 min 049,36 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 500 milyon 939,49 min ABŞ dolları təşkil edib.

2022-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Azərbaycandan İsrailə ixrac olunan məhsulun miqdarı 1,33 %, dəyəri isə 7,09 % çoxdur.

Azərbaycandan İsrailə ixrac edilən "qara qızıl"ın ümumi neft ixracında payı 8,67 % olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.