Azərbaycan İsrailə neft satışından qazancını 36 % artırıb
- 17 aprel, 2023
- 09:24
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 710 min 896,11 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 445 milyon 682,27 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk üç ayının göstəriciləri ilə müqayisədə 36,4 %, dəyəri isə 35,8 % çoxdur.
Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 10,44 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.
I rübdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.