Azərbaycan İsrailə neft satışından qazancını 29 %-dək artırıb
- 25 mart, 2023
- 07:46
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İsrailə 528 min 972,46 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 331 milyon 537,83 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 22,6 %, dəyəri isə 28,7 % çoxdur.
Bu ilin ilk iki ayında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 10,22 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.