Azərbaycan İsrailə neft  ixracından qazancını 3 dəfə artırıb

Energetika
  • 21 iyun, 2022
  • 08:47
Azərbaycan İsrailə neft  ixracından qazancını 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan İsrailə 1 milyon 194 min 565,25 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 855 milyon 500,01 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 93,9 %, dəyəri isə 3,1 dəfə çoxdur.

Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 10,5 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti