Azərbaycan İspaniyaya neft ixracını 3 dəfədən çox artırıb

Energetika
  • 25 mart, 2023
  • 08:33
Azərbaycan İspaniyaya neft ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İspaniyaya 425 min 843,81 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 273 milyon 803,29 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 3,6 dəfə çoxdur.

Bu ilin ilk iki ayında Azərbaycandan İspaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,23 % olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.