Azərbaycan İrlandiyaya neft ixracını 2,4 dəfə artırıb
- 17 avqust, 2023
- 07:01
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İrlandiyaya 630 min 056,20 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 366 milyon 641,18 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 1,8 dəfə çoxdur.
Azərbaycandan İrlandiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,05 % olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 milyon 540 min 323,64 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 444 milyon 800,48 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.