Azərbaycan İran və İraq qazının TANAP-a qoşulması imkanlarına baxır

Azərbaycan İran və İraq qazının TANAP-a qoşulması imkanlarına baxır Natiq Abbasov: "İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna bilər"
Energetika
29 Avqust , 2016 11:43
Azərbaycan İran və İraq qazının TANAP-a qoşulması imkanlarına baxır

 Bakı. 29 avqust. REPORT.AZ/ Rəsmi Bakı İraq və İran qazının Azərbaycan ərazisi ilə nəql olunaraq Türkiyədə TANAP kəmərinə qoşulmaqla Avropaya nəqlini istisna etmir. "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bildirib. 

"Azərbaycan TANAP-ın əsas təşəbbüskarlarındandır. İran qazının Azərbaycan ərazisi ilə nəql olunaraq Türkiyədə TANAP-a qoşulub, buradan Avropaya nəqli imkanlarına baxılır", - deyə nazir müavini qeyd edib. 

N.Abbasov əlavə edib ki, Azərbaycan və İran arasında İran qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var. "İraqla İran arasında da belə infrastruktur var. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya nəql oluna bilər", - deyə nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi