Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrası ilə əlaqədar
Məsələ ilə bağlı “Report”un sualına cavabında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib ki, adıçəkilən müqavilələr BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının isə “Acwa Power” şirkətləri ilə imzalanacaq.
“Ümumilikdə 7 şirkətin qatıldığı seçim prosesi 3 mərhələdən ibarət olub. Ən əlverişli şərtləri təklif etdiklərinə görə, adıçəkilən şirkətlər seçilib. Bu müqavilələrdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr - 440 MVt-lıq layihələrin icrası nəzərdə tutulub. Belə ki, “Masdar” şirkəti 200 MVt-lıq günəş, “Acwa Power” isə 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin icrasını həyata keçirəcək”, - Z.Əliyeva əlavə edib.