Azərbaycan Gürcüstanın neft bitumu tələbatının 60%-ni ödəyib

Azərbaycan Gürcüstanın neft bitumu tələbatının 60%-ni ödəyib Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 90,5 min ton neft bitumu idxal edib.
Energetika
21 Oktyabr , 2020 10:50
Azərbaycan Gürcüstanın neft bitumu tələbatının 60%-ni ödəyib

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 90,5 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 40 min ton və ya 30,6% azalıb.

Hesabat dövründə qonşu ölkənin neft bitumu idxalının 54,1 min tonu və yaxud 59,8%-i Azərbaycanın payına düşüb.

Gürcüstanın Azərbaycandan sonra əsas neft bitumu tədarükçüləri İraq (22,2 min ton), İran (7,6 min ton), Rusiya (3,2 min ton), Türkiyə (2,1 min ton), Ermənistan (0,9 min ton), BƏƏ (0,2 min ton) olub.

Son xəbərlər

Orphus sistemi