Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrük bəyannamələri ilə 16,3 mlrd. dollarlıq neft ixrac edib

    Azərbaycanın neft ixracından gəliri 3% azalıb

    Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 28,225 mln. ton neft ixrac olunub. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, bu həcmdən gömrük bəyannamələri əsasında 16,295 mlrd. ABŞ dolları dəyərində 20,268 mln. ton neft ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neftin satışından əldə olunan gəlir 3,3% və ya 570 mln. dollar azalıb. 

    Ümumi ixracın strukturunda 848,519 min ton Bakı-Novorossiysk, 3,563 mln. ton isə Bakı-Supsa boru kəməri ilə ixrac olunub. 

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həmin dövr ərzində 23,057 mln. ton, dəmir yolu vasitəsilə 755,358 min ton neft ixrac olunub.

    Qeyd edək ki, 2013-cü il ərzində Azərbaycandan 34,245 mln. ton neft ixrac olunub. Bu həcmdən gömrük bəyannamələri əsasında 20,244 mlrd. dollar dəyərində 24,855 mln. ton neft ixrac edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi