Azərbaycan fevralda enerji istehsalını 2% artırıb

Azərbaycan fevralda enerji istehsalını 2% artırıb Bu ilin fevralında istehsal edilən enerjinin 98,5%-i “Azərenerji”nin payına düşüb
Energetika
6 Mart , 2017 15:55
Azərbaycan fevralda enerji istehsalını 2% artırıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanın enerjisi sistemində ümumilikdə 1,937 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib. 

“Report”un “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 mln. kVt/s və yaxud 1,68% artıb.

Məlumata görə, bu ilin fevralında istehsal edilən enerjinin 1,908 mlrd. kVt/s-ı yaxud 98,5%-i “Azərenerji”nin payına düşüb. Digər 29 mln. kVt/s-ı və ya 1,5%-i isə Naxçıvan Dövlət Energetika Agentliyinin payına düşür.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi