"Bu bizə 2030-cu ilə qədər daxili bazarı "Avro-5" yüksək oktanlı benzinlə təmin etməyə imkan yaradacaq. Müəssisənin yeniləşdirilməsinə 1 mlrd. manat tələb olunur. Yenidənqurma zamanı 7-8 yeni qurğu tikiləcək", - deyə R.Abdullayev qeyd edib.
Şirkət rəhbərinin sözlərinə görə, yenidənqurma işləri nəticəsində NEZ-in gücü indiki 6 mln. tondan ildə 7,5-8 mln. tona qədər artırılacaq.
"Bundan başqa, zavodun yenidənqurma işləri tamamlandıqdan sonra digər neft emalı zavodu olan "Azərneftyağ" söküləcək, bu da Bakı Bulvarının ərazisini genişləndirməyə imkan verəcək. Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 2018-2019-cu ildə tamamlanması nəzərdə tutulub", - deyə R.Abdullayev bildirib.
Xatırladaq ki, Neft-qaz emalı və Neft-kimya Kompleksinin tikinti layihəsi (OGPC) çərçivəsində 2030-cü ilə qədər yeni iri NEZ-in tikintisinin tamamlanması planlaşdırılır.