Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib.
"Report" bu barədə Rusiyanın Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasda 3 ölkənin energetika nazirlərinin müavinləri - Natiq Abbasov, Anatoli Yanovski və Xomayun Xaeri iştirak ediblər.
Danışıqların əsas mövzusunu sözügedən layihənin texniki-iqtisadi əsaslandırılması üzrə əsas aspektlərinin razılaşdırılması təşkil edib. Tərəflər 3 ölkənin inteqrasiya olunmuş elektrik enerjisi şəbəkəsində enerji nəqlinə dair xüsusi təkliflərin hazırlanması prosesinin sürətləndirilməsi, 2019-cu ildə Azərbaycan ərazisi ilə Rusiyadan İrana elektrik enerjisinin nəqli imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə ediblər.