Nazir: "Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında vacib oyunçudur"

Nazir: "Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında vacib oyunçudur" Azərbaycanı Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin diversifikasiyasında vacib oyunçu hesab edirik.
Energetika
29 Mart , 2019 11:26
Nazir: Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında vacib oyunçudur
Report/ Elchin Murad

"Azərbaycanı Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin diversifikasiyasında vacib oyunçu hesab edirik".

Bunu "Report"a Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

"Macarıstan və Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır. Azərbaycan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropanın vacib tərəfdaşıdır. Bundan əlavə, qida məhsulları ticarəti sahəsində Azərbaycanla Macarıstan arasındakı əməkdaşlığı qeyd etmək vacibdir", - P.Siyarto bildirib.

Macarıstanlı nazir energetika sahəsində əməkdaşlığın da əhəmiyyətini vurğulayıb: "Macarıstan qaz mənbələrinin diversifikasiyası üçün variantları nəzərdən keçirir. Bizim üçün ən yaxşı seçim Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazının tədarüküdür. Bu gün keçiriləcək görüşlərdə onların həcminin artırılması məsələsini müzakirə edəcəyik və ümidvaram ki, bu mövzuda razılaşma əldə edəcəyik".

Son xəbərlər

Orphus sistemi