Bakı. 5 dekabr. REPORT.AZ/ Vyanada səfərdə olan Azərbaycan energetika naziri
Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb. Bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.
Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.