Yuxarı

Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb

Dekabr ayında ölkədə 2,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın enerji sistemində 2014-cü ildə ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla yanaşı bildirilir ki, il ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, 2014-cü ilin dekabr ayında ölkədə 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi