Azərbaycan elektrik enerjisi ixracını artırıb

Azərbaycan elektrik enerjisi ixracını artırıb Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 1 455 380,8 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.
Energetika
16 Oktyabr , 2019 13:22
Azərbaycan elektrik enerjisi ixracını artırıb

Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 1 455 380,8 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə elektrik enerjinin dəyəri 62 947,47 min ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac edilən elektrik enerjinin həcmi ötən ilin müvafiq dövründən 14,94%, dəyəri isə 5,55% çoxdur.

Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,42% olub.

Son xəbərlər

Orphus sistemi