Azərbaycan Çexiyaya neft ixracının həcmini açıqlayıb

Energetika
  • 27 mart, 2024
  • 07:09
Azərbaycan Çexiyaya neft ixracının həcmini açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 141 min 342,57 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 82 milyon 418,33 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 %, dəyəri isə 49,1 % azalıb.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,07 % olub.

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti