Azərbaycan Çexiyaya neft ixracını 24 %-dən çox artırıb

Energetika
  • 22 dekabr, 2023
  • 11:20
Azərbaycan Çexiyaya neft ixracını 24 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 135 min 964,61 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 682 milyon 886,68 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 11 ayının göstəriciləri ilə müqayisədə 24,46 % çox, dəyəri isə 5,48 % azdır.

Azərbaycandan Çexiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,69 % olub.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti