Azərbaycan Çexiyaya neft ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 19 iyun, 2023
  • 07:46
Azərbaycan Çexiyaya neft ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Çexiyaya 608 min 555,83 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 381 milyon 844,90 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,4 dəfə çoxdur.

Bu ilin ilk 5 ayında Azərbaycandan Çexiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,18 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti