Azərbaycan son 8 ayda elektrik enerjisi ixracından 58,4 mln dollar qazanıb

Azərbaycan son 8 ayda elektrik enerjisi ixracından 58,4 mln dollar qazanıb 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Energetika
18 Sentyabr , 2019 15:47
Azərbaycan son 8 ayda elektrik enerjisi ixracından 58,4 mln dollar qazanıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 181,38 min dollar və yaxud 1,98% azdır.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində isə müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 346 042,23 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2018-ci ilin ilk 8 ayına nisbətən 81 641,02 min kVt/saat və yaxud 6,45% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,043 dollar, yaxud 0,0737 manat (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) olub. 2018-ci ilin yanvarında isə ixrac olunan hər kVt/saat elektrik enerjisinin dəyəri 0,047 dollar, yaxud 0,08 manat olub.

Yanvar-avqust aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,43%-ni təşkil edib ki, bu da ötən ilə nisbətən 0,03 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Son xəbərlər

Orphus sistemi