Azərbaycan bu il 689 mln. dollar həcmində neft məhsulları ixrac edib

Azərbaycan bu il 689 mln. dollar həcmində neft məhsulları ixrac edib Neft məhsullarının ümumi ixracda payı 6,5% təşkil edib
Energetika
22 Dekabr , 2015 10:54
Azərbaycan bu il 689 mln. dollar həcmində neft məhsulları ixrac edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 1,993 mln. ton həcmində neft məhsulları ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft məhsullarının məbləği 688,761 mln. ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayında ixrac olunan xam neftin məbləği ötən ilin müvafiq dövründən 46% az olub.

Hesabat dövründə neft məhsullarının ümumi ixracda payı 6,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi