Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neft ixracını 41% azaldıb

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neft ixracını 41% azaldıb "Urals" tipli xam neftin orta qiyməti noyabrda 78,92 dollar/barel olub
Energetika
2 Dekabr , 2014 10:16
Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neft ixracını 41% azaldıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-noyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə dünya bazarlarına 932,155 min ton neft ixrac edib. Bu, ötən ilin yanvar-noyabr aylarındakı göstəricidən 41,1% azdır. Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Bu ilin noyabr ayında isə şimal marşrutu ilə neftin ixracı ötən ilin eyni dövrünə nisbətən 0,02% azalaraq 84,803 min tona düşüb.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayında dünya bazarında "Urals" (MED) tipli xam neftin orta qiyməti (Qara dənizin Novorossiysk limanından ixrac olunan Rusiya neftinin kotirovkası) 78,92 dollar/barel təşkil edib. Bu, keçən ilin noyabr ayına nisbətən 26,7% azdır.

Xatırladaq ki, Azərbaycanın Rusiya vasitəsi ilə ixrac etdiyi neft Novorossiysk limanından məhz "Urals" adı ilə satılır. Müqayisə üçün bildirək ki, ötən ay "BTC FOB Ceyhan" tipli xam neftin orta qiyməti 79,70 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi