Azərbaycan Almaniyaya neft satışını azaldıb

Energetika
  • 22 aprel, 2024
  • 09:28
Azərbaycan Almaniyaya neft satışını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Almaniyaya 351 min 370,07 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 233 milyon 027,35 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,15 %, dəyəri isə 6,35 % azalıb.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,27 % olub.

Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 490 milyon 147,94 min ABŞ dolları dəyərində 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti