Azərbaycan Almaniyaya ixrac etdiyi neftin həcmini açıqlayıb
- 23 may, 2024
- 07:44
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Almaniyaya 440 min 731,51 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 293 milyon 886,91 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 %, dəyəri isə 2,48 % azalıb.
Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,36 % olub.
Hesabat dövründə Azərbaycan 4 milyard 364 milyon 589,72 min ABŞ dolları dəyərində 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % azalıb, idxal isə 3,1 % artıb.