Azərbaycan 7 ayda 16 milyon tondan çox neft ixrac edib
- 16 avqust, 2022
- 13:59
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 16 milyon 414 min 905 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 12 milyard 397 milyon 710 min ABŞ dolları təşkil edib.
7 aylıq ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4 % az, dəyəri isə 63,4 % çoxdur.
Hesabat dövründə bu məhsulların Azərbaycanın ümumi ixracında payı 54,9 % olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon dolları ixracın, 7 milyard 494 milyon dolları isə idxalın payına düşüb.