Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib

Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Energetika
14 May , 2020 11:03
Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4,821 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin dörd ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,8%, dəyəri isə 15% azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 76,45% olub.

Son xəbərlər

Orphus sistemi