Azərbaycan 2022-ci ildə Rusiya qazı idxal etməyi planlaşdırmır

Energetika
  • 27 aprel, 2022
  • 13:12
Azərbaycan 2022-ci ildə Rusiya qazı idxal etməyi planlaşdırmır

“Azərbaycan 2022-ci ildə Rusiya qazı idxal etməyib və etməyi planlaşdırmır, belə ki, 2021-ci ilin iyul ayında "Azərkontrakt” dövlət şirkəti ilə “Qazprom” arasında imzalanmış müqavilədən irəli gələn həcmlər və ödənişlər faktiki olaraq, 2021-ci ildə tam şəkildə yerinə yetirilib".

Bunu “Report”a Azərbaycan hökumətində olan məlumatlı mənbə bildirib.

“Bəli, müqavilənin müddəti 2023-cü ilədək idi, lakin o, svop əməliyyatlarına – yay fəslində Azərbaycandan Rusiyaya qazın tədarükü və payız-qış dövründə eyni həcmdə qazın Azərbaycana nəqlinə aid idi. Lakin razılaşdırılmış həcmlər elə ötən il tədarük edilib. 2022-ci ildə “Qazprom”la svop əməliyyatları olmayıb və olması da hələlik planlaşdırılmır”, - hökumət nümayəndəsi deyib.

Xatırladaq ki, 2021-ci ildə "Azərkontrakt” dövlət şirkəti yaz mübadiləsi üzrə müqavilə çərçivəsində Rusiyaya 326,5 milyon kubometrov qaz ixrac edib, “Qazprom” isə analoji həcmdə qazı payızda Azərbaycana nəql edib.

“Əgər svop əməliyyatı yoxdursa, “Qazprom”a rubl və ya hər hansı digər valyutada ödənişin edilməsindən söhbət belə gedə bilməz”, - mənbə bildirib.

Y.L.

44 - Tezliklə